Evi yandırmaq istədi, mane olan atasını ürəyindən bıçaqlayıb öldürdü

Evi yandırmaq istədi, mane olan atasını ürəyindən bıçaqlayıb öldürdü
10:37 9 Fevral 2020
335 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir şəhərində oğul atasını ürəyindən bıçaqlayaraq öldürüb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, sərxoş oğul əvvəlcə yaşadıqları evi yandırmaq istəyib.

Ata 58 yaşlı Ali Albayrak oğul A.A-ya mane olmaq istəyib. Lakin sərxoş oğul atasının ürək nahiyəsinə zərbə endirib, araya girən qardaşını da əlindən yaralayıb.

Hadisə yerinə polis və təcili tibb yardım çağırılıb. Xəstəxanaya çatdırılan Ali Albayrakın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR