Bərdə və Tərtərdə yaşayan Xankəndi sakinləri səs veriblər

Bərdə və Tərtərdə yaşayan Xankəndi sakinləri səs veriblər
14:07 9 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Xankəndi sakinləri Bərdə və Tərtər rayonlarında yaradılan 122 saylı seçki dairəsinin 
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu gün ölkə üzrə keçirilən parlament seçkilərində Xankəndi seçiciləri də Respublikamızın müxtəlif bölgələrində yaradılmış seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər. Bərdə və Tərtər rayonlarında yaşayan xankəndili seçicilər isə səsvermə hüquqlarını Bərdə şəhərində, Mərkəzi Rayon Xəstəxanasının ərazisində yaradılmış 122 saylı Xankəndi Seçki Dairəsinin 8 saylı məntəqəsində reallaşdırıblar.
Məntəqə seçki komissiyasının sədri Rövşən Abbasov bildirib ki, məntəqə üzrə 301 seçici var. Seçki prosesini yeddi müşahidəçi izləyir.
122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürmüş tanınmış jurnalist Şamxal Adıgözəlov da 8 saylı seçki məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/berde-ve-terterde-yasayan-xankendi-sakinleri-ses-veribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR