Prokurorluq "3 nəfərin öldüyü" hadisə barədə məlumat yaydı

Prokurorluq "3 nəfərin öldüyü" hadisə barədə məlumat yaydı
14:33 9 Fevral 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb".

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun bu gün yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur: "Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/304395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR