Bəzi seçki məntəqələrində qutular şəffaf deyil? - Məzahir Pənahov danışdı

Bəzi seçki məntəqələrində qutular şəffaf deyil? - Məzahir Pənahov danışdı
16:22 9 Fevral 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Parlament seçkiləri normal gedir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, təbii ki, bu və ya digər xoşagəlməz halların olmasından sığortalanmaq olmaz: "Bütün neqativ hallar barəsində jurnalistlər, müşahidəçilər bizə məlumat versinlər ki, biz neqativ hallarla bağlı ölçü götürək".

MSK sədri vurğulayıb ki, müşahidəçilərlə mütəmadi danışıram və hazırki seçki prosesi hətta əvvəlki seçkilərdən də yüksək səviyyədə keçirilir. "Hiss olunur ki, atılan addımlar öz nəticəsini verib. Amma yenə də bildirmək istəyirəm ki, yerlərdə hər hansı neqativ hallarla qarşılaşsanız bunu MSK-ya bildirin. Lazımi tədbirlər görülərək ciddi ölçülər götürüləcək"

M. Pənahov həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib. "Bu insanlarda niyə maraq doğurur ki? Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsız, ona görə də fərqli görünür". M. Pənahov bildirib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb: " Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR