Sergey Polyakov: Seçkilərin demokratik və şəffaf keçirilməsinə şərait yaradılıb

Sergey Polyakov: Seçkilərin demokratik və şəffaf keçirilməsinə şərait yaradılıb
16:23 9 Fevral 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Seçki ilə bağlı müşahidələr aparırıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasındadır. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində beynəlxalq müşahidəçi Sergey Polyakov bildirib.

Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib: “Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verirlər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Arzu edirəm ki, seçicilər ən layiqli namizədi seçərlər”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/304409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR