“Bu qadın mənimlə yola getmir” -

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin onun çıxış nitqinin mətnini cırmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki,prezident xanım spikeri qanunsuz davranışda ittiham edib.

"Hər şeydən əvvəl əlindəki rəsmi sənəd idi və onu cırmağa haqqı çatmır. Pelosinin davranışı qanunsuz idi”, - Tramp deyib.

O, Pelosi və Demokratlar Partiyasının onunla yola getmədiyini bildirib: "Demokratlar Trampla yola getməmə sindorumuna yoluxublar”.

Qeyd edək ki, fevralın 5-də Tramp Nümayəndələr Palatası qarşısında ənənəvi illik çıxış zamanı davranışı qalmaqala çevrilib. Prezident çıxışa başlayan zaman Pelosinin əlini sıxmayıb.

1 saat 20 dəqiqə davam edən çıxışdan sonra isə xanım spiker Trampın çıxış mətninin surətini cırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR