"Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir" -

“Növbədənkənar parlament seçkiləri başa çatdı. Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir. Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə partiyamızın üzvlərini təbrik edə bilərik. Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. Partiyamızın möhtəşəm qələbəsinə böyük töhvə vermiş çoxsaylı könüllülərimizə ayrıca təşəkkürümüzü bildirirəm.

Partiyamıza və onun namizədlərinə, Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq. Çox sağ olun!”

Metbuat.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün “Facebook”dakı səhifəsində yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR