Trampı öldürmək istədilər

ABŞ-ın Vaşinqton ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları Ağ Evin yaxınlıqlarında ABŞ prezidentini öldürmək niyyətində olan Florida sakinini saxlayıblar.

Metbuat.az xarici mediayaya istinadən xəbər verir ki, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaxınlaşaraq üstündə bıçaq gəzdirdiyini və onunla Donald Trampı öldürmək istədyini bəyan edib.

Xəsarət yetirməklə bağlı təhdid və qanunsuz soyuq silah daşıması səbəbindən Florida sakini saxlanılıb.

Məlumata əsasən, saxlanılan şəxsin sol ayağına doqquz santimetr uzunluğunda bıçaq bağlı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR