"SOCAR AQŞ" və "Halliburton" birgə müəssisə yaradır

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.

Metbuat.az xəbər verir ki,“SOCAR AQŞ”dən “ verilən məlumata görə, birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcək.

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR