Bu seçkilər ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq - Viktor Quminskiy

Bu seçkilər ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq - Viktor Quminskiy
12:28 10 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilər rəqabət şəraitində, azad, şəffaf və demokratik seçkilərin prinisplərinə uyğun şəkildə keçirilib.

Publika.az xəbər verir ki, bunu MDB-nin İcraiyyə Komitəsinin sədr müavini, MDB Müşahidə Missiyasının rəhbəri Viktor Quminskiy bildirib.

O, qeyd edib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkiləri davamlı və səmərəli təşkil edib: "Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə məqsədilə treninqlər də təşkil olunub. Biz baş çəkdiyimiz dairə və seçki məntəqlələrində lazım olan informasiyanı, suallarımıza cavabı dərhal ala bilirdik. Sevindirici haldır ki, parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı həddən artıq olub. Bu isə ondan xəbər verir ki, insanların seçim etmək, ən layiqli namizədi seçmək imkanı olub. Bundan əlavə, seçkiqabağı təşviqat üçün bütün namizədlər üçün bərabər şərait yaradılıb".

Missiya rəhbəri eyni zamanda vurğulayıb ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərə ölkə qanunvericiliyinə uyğun şəkildə baxılıb. Missiya rəhbəri qeyd edib ki, səslərin sayılması zamanı müşahidəçilərə heç bir mane törədilməyib. Belə ki, həm yerli, həm də beynəlxalq müşahidəçilər istədikləri məntəqələrdə səslərin sayılması prosesinə qatıla bilərdi".

Quminskiy qeyd edib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sakit şəraitdə keçib: "Seçkilər çox yaxşı şəkildə təşkil olunub, seçki məntəqləri səsvermə üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bizim missiya üzvlərimiz 1913 seçki məntəqəsində seçki prosesini izləyib. Missiya üzvləri səs sayma prosesində iştirak edib və onlar heç bir mane ilə qarşılaşmayıblar. Keçirilmiş seçkilər Azərbaycanda siyasi rəhbərliyin yenilənməsində, ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq".

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR