Qonşu ölkədə zəlzələ - 4 bal

Qonşu ölkədə zəlzələ - 4 bal
13:37 10 Fevral 2020
296 Dünya
Ölkə mətbuatı
A- A+

İranın şimal-şərqində Gülüstan vilayətinin Əliabad rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 10:16 dəqiqədə 10 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR