Gəncə-Moskva təyyarəsi Volqoqrada məcburi eniş edib

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in Gəncədən Moskvaya uçan J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.

Metbuat.az xəbər verir ki,"Buta Airways"dən " verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR