Beyləqanda 120 manata marixuana satan şəxs saxlanıldı

Beyləqanda 120 manata marixuana satan şəxs saxlanıldı
14:17 10 Fevral 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, fevralın 7-də daxil olan məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluğu olan, şəhər sakini M.Muxtarov narkotik vasitə olan qurudulmuş marixuananı 120 manata satmaq istəyərkən şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə üzərində daşıdığı 400 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana baxış keçirilib və oradan da müxtəlif qablaşdırmalarda 360 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/beyleqanda-120-manata-marixuana-satan-sexs-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR