Sabah da hava yağıntılı olacaq

Sabah da hava yağıntılı olacaq
13:43 17 Yanvar 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR