“Azəriqaz”da qanvermə aksiyası keçirilib

“Azəriqaz”da qanvermə aksiyası keçirilib
14:27 10 Fevral 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında könüllü olaraq qanvermə aksiyası keçirilib.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan könüllü qanvermə aksiyasında baş direktor Ruslan Əliyev başda olmaqla Birliyinin əməkdaşları fəal iştirak ediblər.
“Talassemiyasız həyat naminə” devizi altında keçirilən qanvermənin təşkili üçün B.Ə.Eyvazov adına elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının 12 nəfərlik tibbi heyəti cəlb olunub.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçiləri əvvəlcə ətraflı müayinə edilib. Üç gün davam edəcək aksiyaya Birliyin İdarəetmə Aparatının, həmçinin digər struktur bölmələrin ümumilikdə 434 nəfər könüllü işçisinin qatılacağı gözlənilir




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-da-konullu-qanverme-aksouasi-lecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR