MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır – Rövzət Qasımov

MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır – Rövzət Qasımov
15:48 10 Fevral 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə bağlı “qaynar xətti”nə ümumilikdə 280-ə yaxın müraciət daxil olub.

Publika.az xəbər verir ki, bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki, sorğu xarakterli olub: “Bununla barəbər, MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. “Qaynar xətt”ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz”.

Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır: “Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR