On gün fasiləsiz işləyən çinli həkim öldü -

10 gün fasiləsiz işləyən Çinli həkim həyatını itirib.

Metbuat.az xəbər verir ki, o, Vuhan şəhərində koronavirusa infeksiyasına qarşı çalışan həkimlərdən olub. 27 yaşlı gənc həkim Hubei bölgəsinin episentrini məhdudlaşdıran Hunan əyalətində yerli xəstəxanaların birində qrup rəhbəri olub.

Onun sürücülər və sərnişinlərdə temperatur yoxlanışı aparmaqdan məsul olduğu bildirilib. Song Ying adlı həkim,25 yanvardan etibarən fasiləsiz işləyib. Ölümünəə səbəb anidən ürəyinin durması olub.

Qeyd edək ki, Çinin Vuhan şəhərində başlayan və minlərlə insana yoluxan virusun öhdəsindən gəlmək üçün həkimlər gecə-gündüz fasiləsiz çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR