Seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır

Seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır
16:37 10 Fevral 2020
77 Ölkə
Ölkə mətbuatı
A- A+

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik kokret fikir bildirmək çətindir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: "Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq". Sədr müavini qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: "Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil, ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona addekvat cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR