Sumqayıtda qəza 350 abonentin və 3 müəssisəni qazsız qoydu

Sumqayıtda qəza 350 abonentin və 3 müəssisəni qazsız qoydu
16:37 10 Fevral 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Sumqayıt şəhərində yük avtomobili ilə yaşayış komplekslərindən birinə gedən yeraltı 160 mm diametrində olan polietilen qaz xəttinin metal hissəyə keçidini və siyirtməni qırıblar.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bundan başqa, yaxınlıqdakı yanğından mühafizə hissəsinin qaz kəməri üzərindəki avadanlıqlar da zədə alıb. Hazırda 350 abonentin və 3 müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranıb.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sumqayitda-qeza-350-abonentin-ve-3-muessiseni-qazsiz-qoydu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR