Macarıstanla əməkdaşlıq müzakirə edilib

Macarıstanla əməkdaşlıq müzakirə edilib
18:42 10 Fevral 2020
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirakı çərçivəsində E.Məmmədyarov Macarıstandan olan həmkarı Peter Siyarto ilə görüşüb.

Nazirlər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycanın NATO ilə tərəfdaşlıq məsələlərinə toxunan tərəflər, bu xüsusda Macarıstanın Azərbaycandakı səfirliyinin əlaqələndirici vəzifələrini yerinə yetirdiyini məmnunluqla qeyd ediblər. Macarıstan naziri, bu xüsusda Əlaqələndirici Səfirlik qismində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Görüş zamanı nazirlər, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR