Müğənni Aslan şikayət etdi: TV-yə çıxa bilmirəm...

Müğənni Aslan şikayət etdi: TV-yə çıxa bilmirəm...
19:27 10 Fevral 2020
316 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aslan Hüseynova dövlət televiziyasında tətbiq olunan qadağa hələ də aradan qaldırılmayıb.

Milli.Az sabah.az-a istinadən bildirir ki, AzTV-nin keçmiş sədri Arif Alışanovun vaxtından kanalda çıxışı qadağan olunan müğənni yeni rəhbər Rövşən Məmmədova bu barədə müraciət etdiyini söyləyib:

"Deyiblər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur".

Qeyd edək ki, A.Hüseynov AzTV-də qadağada olması haqda hələ bir müddət əvvəl açıqlama vermişdi. O, Arif Alışanovla aralarında baş tutmuş söhbətin detallarını açıqlamışdı:

"Bir dəfə Arif Alışanova zəng etdim ki, Arif müəllim, mən bütün dövlət tədbirlərində iştirak edirəm, lakin AzTV-dəki çıxışımı kəsib efirə vermirlər. O da mənə dedi ki, müğənni, sən kimsən ki, dövlətin kanalı ilə problemin olsun? Dedi ki, "xodunu" al. Dedim, Arif, sən deputat olmamışdan qabaq belə danışmırdın, mehriban danışırdın".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/824788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR