Qəhvənin ən çox sevildiyi İspaniya şəhəri

Qəhvənin ən çox sevildiyi İspaniya şəhəri
22:12 10 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Selecta Group" şirkəti tərəfindən Avropanın 32 ölkəsində aparılan tədqiqat nəticəsində Barselona İspaniya şəhərləri arasında daha çox xal qazanaraq, qəhvənin ən çox sevildiyi ispan şəhəri adını qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin tanınmış qəhvə distribüteri olan "Selecta Group" şirkəti aşağıdakı amilləri nəzərə alıb: şəhər sakinlərinin orta aylıq əməkhaqları ilə müqayisədə qəhvənin qiyməti, qəhvə içilən məkanın keyfiyyəti ("Google"dakı rəylər vasitəsilə), qəhvə içilən məkanın sayı, şəhərdə "Wi-Fi"ya malik olan qəhvəxanaların sayı, əhalinin sayı ilə müqayisədə "Google" axtarış şəbəkəsində "qəhvə" sözü ilə axtarışların sayı, ÜDM istehsalına münasibətdə adambaşına düşən qəhvə idxalının həcmi, qəhvə idxalının adambaşına düşən miqdarı.

Kataloniyanın paytaxtı Avropa şəhərlərinin ümumi reytinqində 18-ci yeri tutub. Madrid 89 şəhərdən ibarət siyahıda 41-ci sıradadır və əməkhaqqıya münasibətdə qəhvə üzərinə ən yaxşı qiymətin (Avropa ölkələri arasında 9-cu yer) qoyulduğu şəhər sayılır.

Reytinqə Şotlandiyanın paytaxtı Edinburq başçılıq edir. Sonrakı yerlərdə Amsterdam və İtaliyanın ən yaxşıların iyirmiliyində lider olan Florensiya gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR