Alfonsla əlaqəsi olan bacısını öldürdü

Alfonsla əlaqəsi olan bacısını öldürdü
22:17 10 Fevral 2020
330 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın İnquşetiya Respublikasında qardaş bacısını öldürüb.

Milli.Az bildirir ki, Lenta.ru-nun yaydığı xəbərə görə, onun bacısının qadınları özünə cəlb edərək pullarını mənimsəyən İsa Altəmirovla əlaqəsi olub.

Qızın meyiti çoxsaylı bıçaq yaraları ilə Maqas şəhərində yerləşən mənzildən tapılıb.

İstintaq prosesində qardaş bacısını İsa Altəmirovla əlaqəsi olduğu üçün öldürdüyünü etiraf edib.

Məlumata görə, polislər Altəmirovun evinə gələn vaxt qız da həmin evdə olub.

Xatırladaq ki, polislər Altəmirovu tutmaq istəyəndə onun hüquq-mühafizə orqanı əməkdaşlarına atdığı qumbara partlamayıb və o, özünü binanın pəncərəsindən ataraq ölüb. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR