On gün fasiləsiz işləyən həkim öldü

On gün fasiləsiz işləyən həkim öldü
22:27 10 Fevral 2020
388 Dünya
Ölkə mətbuatı
A- A+

10 gün fasiləsiz işləyən Çinli həkim həyatını itirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, o, Vuhan şəhərində koronavirusa infeksiyasına qarşı çalışan həkimlərdən olub. 27 yaşlı gənc həkim Hubei bölgəsinin episentrini məhdudlaşdıran Hunan əyalətində yerli xəstəxanaların birində qrup rəhbəri olub.

Onun sürücülər və sərnişinlərdə temperatur yoxlanışı aparmaqdan məsul olduğu bildirilib. Song Ying adlı həkim,25 yanvardan etibarən fasiləsiz işləyib. Ölümünəə səbəb anidən ürəyinin durması olub.

Qeyd edək ki, Çinin Vuhan şəhərində başlayan və minlərlə insana yoluxan virusun öhdəsindən gəlmək üçün həkimlər gecə-gündüz fasiləsiz çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR