Keysəriyyə əməliyyatında körpənin üzünü kəsdilər - DƏHŞƏTLİ FAKT - FOTO

Keysəriyyə əməliyyatında körpənin üzünü kəsdilər - DƏHŞƏTLİ FAKT - FOTO
22:57 10 Fevral 2020
416 Dünya
Ölkə mətbuatı
A- A+

Cərrah ginekoloq keysəriyyə əməliyyatı zamanı uşaqlıq qatlarını kəsərkən körpənin üzünü kəsib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə Rusiyanın Kiştım əyalət xəstəxanasında olub. 19 yaşlı ana Darya Kadoçnikova doğuş sancıları ilə həkimə gəlsə də, döıün bətndə çətin yerləşməsini bəhanə gətirərək əməliyyat qərarı veriblər.

Əməliyyatda venadaxili narkoz alan ana doğulan uşağı həmin an görə bilməyib. Yalnız palatada körpəsi gətirilən zaman onun yanağında dərin kəsik çapıq görür. Dəhşətə gələn anaya cərrah etinasızcasına "belə şeylər olur, uşaq çox hərəkət edirdi, sakit durmadı" deyərə cavab verib.

Həyəcandan halı xarab olan ananın qızdırması qalxıb. Qızının üzündə belə dərin kəsiyin gələcəkdə eybəcər iz qoyacağına görə ana hüququn tələb etdiyi çərçivədə həkimi cəzalandırmaq istəyir.

Bildirilir ki, üzündə yara olduğu üçün körpədə də qızdırma baş verib və ona yara infeksiyasına qarşı antibiotik verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR