Bir stəkan su ilə necə arıqlamaq olar? - Yaponların sadə metodu

Bir stəkan su ilə necə arıqlamaq olar? - Yaponların sadə metodu
23:27 10 Fevral 2020
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Yapon alimləri təyin edib ki, əgər adi suyu müəyyən qaydada və vaxtda içsək, artıq çəki və piylərdən xilas olmaq mümkündür.

Milli.Az medicina.az-a istinadən 1 stəkan su içməklə yapon metodunu təqdim edir.

Səhər tezdən oyanan kimi bir stəkan ilıq çiy su (keyfiyyətli su) içib, hamama və diş yumağa gedin. Su içdikdən yalnız 40 dəqiqə sonra səhər yeməyi yemək olar. Tez olmaz. Bu zaman bağırsaqlar işə düşməyə vaxt qazanır, metobolizm aktivləşir, yedikləriniz bağırsaqda toplanıb qalmır. Həm də su mədəni bir qədər doldurduğu üçün beyinə doymaq siqnalı gedir və siz az porsiya yeyirsiz.

- Səhər yeməyindən sonra 3 saat ərzində ağıza bir tikə də əlavə qida almırsız. Günorta yeməyindən 1 saat əvvəl yenə 1 stəkan su içirsiz.

Bu zaman insulin və qlükoza hasili normallaşır, tez doyursuz, metobolizm sürətlənir.

- Eləcə də axşam yeməyindən 1 saat öncə su için, yeməyi saat 8-ə kimi bitirin, ondan sonra yatana kimi bir tikə də əlavə qida qəbul etməyin.

1 ay ərzində təzyiqiniz normallaşacaq, artıq piy, yağlar azalacaq, mədə yanması itəcək, qanda şəkər normallaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/824805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR