Novruz Məmmədov: "Onu qəbul edə bilmərik"

Novruz Məmmədov: "Onu qəbul edə bilmərik"
13:46 17 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün dünyada baş verən proseslər böyük dövlətlərdən asılıdır. Onlar sabitlik və inkişaf istəyirsə, “nə istəyirəm, onu edirəm” prinsipindən əl çəkməlidirlər".

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, ABŞ-Azərbaycan münasibətləri ilə bağlı suala cavabında belə deyib.

O, qeyd edib ki, Azərbayacan 23 ildir müstəqilik, öz kursunu seçib və bunu davam etdiririk.
"Hər bir dövlət oz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq".

N. Məmmədov qeyd edib ki, bu günə qədər böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı normal mövqe ortaya qoymayıblar. "Çox təəssüf ki, bizə qarşı münasibətlərdə çox qərəzli, ədalətsiz, həqiqətə uyğun olmayan yanaşmalar görürük. Müəyyən dövlətlərdə müəyyən dairələrin istədikləri bizim üçün bir qanun, qayda prinsipi ola bilməz və biz onu qəbul edə bilmərik".

O, Qərbdə islamofobiyanın yayılmasından narahatlığını da ifadə edib.
“Azərbaycanda islam fundamentalizmi təhlükəsi yoxdur. Azərbaycanda cəmiyyətin bütün təbəqələri bunu heç vaxt qəbul etməz. Azərbaycanda din etiqad azadlığı var, bu sahədə hər hansı problem yoxdur".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR