Qarlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Qarlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
09:43 11 Fevral 2020
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb:

"Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

Eyni zamanda piyadalara yolu qarşı tərəfə keçərkən mütləq piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/304598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR