Koronavirus bu tarixdə bitəcək - Tramp AÇIQLADI

Koronavirus bu tarixdə bitəcək - Tramp AÇIQLADI
10:13 11 Fevral 2020
101 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını deyib.

Publika.az xəbər verir ki, Tramp koronavirus epidemiyası ilə əlaqədar Çinin çox peşəkarcasına hərəkət etdiyini və yaxın gələcəkdə bu xəstəliyi nəzarət altına götürəcəyinə inandığını dilə gətirib: "Apreldə havaların istiləşməsi ilə əlaqədar bu epidemiya da bitəcək".

Virusun yayıldığı Uhan bölgəsinə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin göndərildiyini işarə edən Tramp ən yaxşı amerikalı mütəxəssislərin də əraziyə göndərildiyini deyib.

Prezident bu emidemiyanın Çinin ABŞ mallarını satın almasına təsir etməyəcəyi qənaətindədir: "Çin bu epidemiya ilə mübarizədə çox əmək sərf edir və ABŞ da bu məsələdə onlarla daim əlaqədədir."

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/304600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR