G20 maliyyəçiləri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə edəcək

G20 maliyyəçiləri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə edəcək
12:42 11 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, görüş iştirakçıları məhsul tədarükü zəncirinin pozulmasına və turist axınının azalmasına səbəb olan mövcud vəziyyətlə əlaqədar mümkün əks-tədbirlər barədə müzakirə aparacaqlar.
Qeyd edək ki, yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/g20-maliyyecileri-koronavirusun-dunya-iqtisadiyyatina-tesirini-muzaki

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR