Jirinovski sevgidən danışacaq:

Rusiya Lideral Demokrat Partiyasınn sədri Vladimir Jirinovski sevgililər günündə gənclərə mühazirə oxuyacaq.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, bu barədə siyasətçi özü məlumat verib.

"Cümə günü sevgililər günüdür. Bu mövzuda ofisimdə mühazirə oxuyacağam. Əsas məqamlar bunlardır: ilk baxışdan sevgi, qəddar sevgi - keçini də sevə bilərsən, heç vaxt evlənməyin, heç vaxt ərə getməyin, musiqini dayandırın – mənin sevgilim başqası ilə rəqs edir. Bu mövzuda gənclərlə danışacağıq", - deyə Jirinovski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bütün ölkə miqyasında RLDP-dən başqa heç kim bu addımı atmayacaq.

Partiya sədri, həmçinin bütün arzu edənlərin sosial şəbəkələrdə canlı olaraq müzakirəyə qoşula biləcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR