Leyla Əliyeva səhhəti pisləşən Xalq artistinə yardım etdi -

Azərbaycanın Xalq artisti Elmira Rəhimova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Bona Dea Beynəlxalq Hospital”a yerləşdirilib.


Metbuat.az xəbər verir ki,bu barədə azvision.az-a Xalq artisti özü bildirib. O, hazırda səhhətində müsbətə doğru irəliləyiş olduğunu söyləyib.

“Təzyiq, şəkər və əsmə məni əldən salmışdı. Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bona Dea Beynəlxalq Hospital”ına yerləşdirildim. Bütün müalicə xərclərimi onlar ödəyirlər. Hazırda müalicələrim davam edir. Şəkərim, təzyiqim nisbətən normallaşıb. Artıq bir neçə gündür ki, özümü nisbətən yaxşı hiss edirəm”, - deyə E.Rəhimova vurğulayıb.

Qeyd edək ki, E. Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti kimi çalışıb. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb.

Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR