"Koronavirus apreldə başa çatacaq" -

ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə ria “novosti” xəbər verir. “Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək”, – deyə ABŞ prezidenti qubernatorlarla görüşdə bildirib.

“Ümumiyyətlə, isti belə virusu öldürür”, – Tramp deyib. ABŞ prezidentinin sözlərinə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.

Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır”.

Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR