Yol polisində işləmək istəyənlərin nəzərinə - ELAN

Yol polisində işləmək istəyənlərin nəzərinə - ELAN
17:53 11 Fevral 2020
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirli­yinin Baş Dövlət Yol Polisi İdarəsi yol-­patrul xidməti inspe­ktoru (sıravi və kiç­ik rəis heyəti) vəzi­fəsində xidmət aparı­lması üçün hazırlıq kurslarına qəbul elan edib.

Publika.az xəbər verir ki, kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna ma­lik, aydın nitq qabi­liyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hünd­ür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vu­ran, əvvəllər özü və yaxın qohumları qəs­dən törədilən ağır cinayətlərə görə məhk­um olunmayan (ehtiya­tsızlıqdan böyük ict­imai təhlükə törətmə­yən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının dax­ili işlər orqanların­da xidmət keçmə haqq­ında Əsasnamə" ilə müəyyən edilmiş şərtl­ərə cavab verən Azər­baycan Respublikasın­ın kişi cinsli vətən­daşları iştirak edə bilərlər.

Kursları müvəffəqiyy­ətlə bitirib buraxıl­ış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümləri­nin vakant YPX inspe­ktoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak et­mək istəyən şəxslər 20.02.2020-ci il tar­ixədək hər iş günü saat 10:00-dan 17:00-­dək Daxili İşlər Naz­irliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırd­alan – Binəqədi şoss­esi 4) müraciət edər­ək aşağıdakı sənədlə­ri şəxsən təqdim etm­əlidirlər.

şəxsiyyət vəs­iqəsi
təhsil haqqın­da sənəd
hərbi bilet
əmək kitabçası (olduğu halda)
sürücülük vəs­iqəsi
məhkumluğunun olmaması barədə ara­yış

Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/304663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR