Rusiyanın Həştərxan şəhərində məktəblərin birində 35 yaşlı məktəb müəlliminin 9-cu sinif şagirdi ilə intim münasibətdə olması xəbəri böyük qalmaqala səbəb olub.
Metbuat.az REN TV-yə istinadən xəbər verir ki, yeniyetmənin anası polisə müraciət edərək bildirib ki, bir neçə gündür məktəbdə oğlu və müəlliməsi ilə bağlı intim video yayılıb.
İlkin məlumata görə, məktəbin direktoru vəzifəsindən istefa verib. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə istintaq idarəsi hadisənin araşdırılmasına başlayıb.