Ermənistan pulsuz qalıb

Ermənistan pulsuz qalıb
13:51 17 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada baş verən gərginlik və böhran Ermənistana əvvəlkindən daha artıq təsir edir. ANS PRESS-in Trend-ə istinadla verdiyi məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib ki, hər bir ölkənin inkişafının bir mayakı olmalıdır. Ermənistanda isə bu mayak yoxdur: "Onlar nə edəcəklərini bilmirlər. Deyirlər ki, Rusiyanın kiçik qardaşı, qulu, forpostudurlar. Eyni zamanda, Ermənistan rəhbərləri təxminən 3 il yarım, bəlkə də artıq Avropa İttifaqı ilə danışıqlar apardılar. Dəfələrlə onların nümayəndələri, deputatları “biz Azərbaycandan qabaqdayıq”, “biz Avropa İttifaqı iləyik” deyiblər. Bir gün də Sarkisyan səhər tezdən oyandı və bəyanat verdi ki, Avrasiya İttifaqına daxil olurlar. Heç olmasa, bir izahat verəydi. Heç bir şey olmadı. Sabah da görəcəksiniz ki, tamam başqa bir şey olacaq. Arxalanmağa başqa bir ölkə olsa, o zaman üç günün içində dönüb Rusiyanın əleyhinə olacaqlar. İndiki vəziyyətdə hələlik müəyyən proseslər getsə də, öz yollarını saxlayırlar".

N.Məmmədov bildirib ki, bütün bu hadisələr, eyni zamanda, dünyada baş verən gərginlik və böhran indi Ermənistana əvvəlkindən daha artıq, ikiqat, beşqat təsir edir: "Çünki onlara pul verən lazımdır. Bu pulu haradan götürsünlər? Nə xaricdən gəlir, nə də daxildə var. Onların başının üstündə duran “dostları”nın da o qədər pulu yoxdur ki, kiməsə versinlər. Bu isə onları çıxılmaz vəziyyətdə qoyur. Məndə olan məlumata görə, Ermənistanda orta və yaşlı nəsil Azərbaycanın mövqeyini dəstəkləyir. Gəncləri bir az ayrı cür formalaşdırıblar, çünki onlar keçmişi görməyiblər. Bu xalq istər-istəməz gələcəyinin hansısa mərhələsində öz fəlakətini təmin edib. Buna 100 faiz arxayın ola bilərsiz".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR