DİN: MSK-nın qarşısında razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınıb

DİN: MSK-nın qarşısında razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınıb
22:17 11 Fevral 2020
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.

Milli.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, bu gün saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.

Daha sonra MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib.

Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib.  

Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb.

Ehsan Zahidov həmçinin qeyd edib ki, hazırda araşdırma aparılır, nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/825157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR