Dördüncü nəsil Seat Leon modeli maraqlı opsiyaya sahib olub - FOTO

Dördüncü nəsil Seat Leon modeli maraqlı opsiyaya sahib olub - FOTO
22:32 11 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Yeni Seat Leon modeli də Volkswagen Golf və Skoda Octavia modelləri kimi MQB-nin modul platforması üzərində inşa edilib. Lakin, alman konserni tərəfindən qolf sinifində gənclərin avtomobili kimi səciyyələndirilən ispan hetçbeki, bu modellərdən fərqli olaraq maraqlı bir xüsusiyyətə malikdir. Avtomobil çox sayda müasir aktiv təhlükəsizlik sistemləri və sürücünün köməkçiləri ilə təchiz olunubdur.

Lakin, Seat onların fəaliyyətinin indikasiyasını yenidən nəzərdən keçirməyə müvəffəq olub. Bir sıra yeni modellərdə olduğu kimi, Leon modeli də interyerin kontur işıqlandırması ilə  təklif olunur, lakin Xcellence təchizat səviyyəsində bu işıqlandırma "intellektual" olur və vəziyyətdən asılı olaraq rəngini dəyişdirmək imkanına malikdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, məsələn, mühərriki işə saldığınız zaman işıqlandırma daha yumşaq çalarlara malik olacaqdır. İdman rejiminə keçdiyiniz zaman isə işıqlandırma daha parlaq olacaqdır. Ancaq, Seat Leon modelindəki kontur işıqlandırmasının əsas (və ən faydalı) xüsusiyyəti təhlükəsizlik sistemlərinin işinin nümayişidir.

Cihazlar paneli yaxınlığındakı diod zolağı eyni zamanda kor zonalara nəzarət, hərəkət zolağının dəyişməsi və parkinqdən çıxma zamanı yardım edən sistemlərinin indikatoru rolunu oynaya bilər - zəruri hallarda sistem parlaq sarı işıq vasitəsi ilə təhlükə barədə sürücünü xəbərdar edir. Volkswagen Golf və Skoda Octavia modellərində isə xəbərdarlıq işıqları ənənəvi olaraq xarici güzgülərin gövdələrində yerləşirdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR