Alibaba koronavirusa qarşı yeni platforma qurdu

Alibaba koronavirusa qarşı yeni platforma qurdu
23:17 11 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Çinin məşhur şirkəti Alibaba koronavirusa qarşı yeni platforması ilə mübarizə aparacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət virusun yayıldığı ərazilərin sağlamlıq və tibbi məhsullarına olan tələbatını ödəmək üçün "Qlobal birbaşa Təchizat Platforması" yaradıb.

Şirkət bu işə 143 milyon dollar ayırıb.

Qeyd edilir ki, xəstəxanalar və məsul qurumlar ehtiyac yaranan tibb məhsullarının xüsusiyyətləri, modeli və miqdarını bu platformaya daxil edə biləcək. Dərman mağazaları isə təklif etmək istədikləri məhsullar barədə məlumat paylaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR