Məşhur rəsm əsəri 29,8 milyon dollara satıldı

Məşhur rəsm əsəri 29,8 milyon dollara satıldı
08:37 12 Fevral 2020
Ölkə mətbuatı
A- A+

İngilis rəssamı Devid Hokninin "The Splash" (Çıləmə) rəsm əsəri İngiltərə paytaxtında 23.1 milyon funt sterlinqə (29,8 milyon dollar) satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sotheby's" hərrac evi fevralın 11-də xəbər verib.

1966-cı ildə çəkilən rəsm sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb.

Ümumilikdə, 1937-ci ildə anadan olan sənətkar pop-art üslubunda Kaliforniyada müasir bir evin qarşısında yerləşən hovuzda su sıçrayışını təsvir edən üç rəsm əsəri çəkib. Fevralın 11-də London auksionunda satılan rəsmdən əlavə, 1966-cı ildə kətan üzərində yazılmış və şəxsi kolleksiyada saxlanılan "Small Splash" və "Big Splash" əsərləri var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR