Bakıda tələbə qız faciəvi şəkildə öldü

Bakıda tələbə qız faciəvi şəkildə öldü
09:37 12 Fevral 2020
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tələbə dəm qazından boğulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR