Bakıda tələbə qız dəm qazından boğularaq öldü

Bakıda tələbə dəm qazından boğulub.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR