Çin patent müraciətlərinin sayına görə ABŞ-ı üstələyir

Çin patent müraciətlərinin sayına görə ABŞ-ı üstələyir
12:22 12 Fevral 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Çin son on ildə elmi-texnoloji kəşflərin ən perspektivli 10 sahəsindən 9-da patent müraciətləri sayına görə ABŞ-ı qabaqlayır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın aparıcı biznes qəzeti “Nikkei” və Tokioda fəaliyyət göstərən, əqli mülkiyyət problemlərini araşdıran “Astamuse” şirkətinin birgə araşdırmasının nəticələri göstərir.
Mütəxəssislər 10 istiqamət üzrə təhlil aparıblar: süni intellekt, kvant kompüterləri, reproduktiv tibb, pilotsuz avtomobillər, blokçeyn, kompüter təhlükəsizliyi, virtual reallıq, dronlar, elektrik keçirici polimerlər, litium-ion batareyaları. 2000-ci ildən 2019-cu ilə qədər bu sferalarda 340 minə yaxın patent müraciəti edilib. Onların, təxminən, 40%-i Çindən, 20%-i isə ABŞ və Yaponiya vətəndaşları tərəfindən edilib. Amerikalılar yalnız kvant kompüterləri sahəsində liderliyini qoruyublar.
Eyni zamanda, bu 10 sahədə ən çox patent müraciəti edən şirkət və araşdırma mərkəzlərinin ilk “100-lüy”ündə 64 ABŞ, 18 Yaponiyada və cəmi 1 Çin şirkəti var.
Amma mütəxəssislərin fikrincə, burada da vəziyyət 2017-ci ildə elmi-texnoloji kəşflərə Yaponiya ilə müqayisədə üç dəfə çox xərcləyən və sürətlə bu göstəricidə birinci olan ABŞ-ın səviyyəsinə yaxınlaşan Çinin xeyrinə dəyişəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/cin-patent-muracietlerinin-sayina-gore-abs-i-usteleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR