Putin və Ərdoğan razılığından sonra hərəkətə keçdilər - Türkiyə heyət göndərir

Putin və Ərdoğan razılığından sonra hərəkətə keçdilər - Türkiyə heyət göndərir
14:23 12 Fevral 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Rusiyaya nümayəndə heyəti göndərir.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Albaniya Avropa və Xarici İşlər nazirinin müşaviri Gent Cakaj ilə birgə mətbuat konfransında çıxış edən nazir qeyd edib ki, nümayəndə heyəti Suriyanın İdlib şəhərindəki son vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvaya yollanacaq: “Mənbic memorandumu çərçivəsində atəşkəsin daimi olması üçün təşəbbüslərimizi əsirgəmədik. Amma son zamanlarda rejim dəstəkçiləri konkret addımlar atmadılar. Cənab prezident qarşımızdakı prosesdə havadan və qurudan ata biləcəyimiz addımları açıqladı. Bu məsələdə qətiyyətliyik. Bu gün Putinlə Prezidentimiz arasında telefon danışığı oldu. Rusiya ilə birgə çalışmağa davam edərək atəşkəsin stabilliyini qorumaq istəyirik. Bir neçə gün sonra Türkiyə heyəti bu məqsədlə yola düşəcək”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/304753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR