İqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir

İqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir
14:27 12 Fevral 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Qlobal miqyasda gedən iqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib. Onun sözlərinə görə, yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi ilk növbədə əkinçilikdə bitkilərin neqativ inkişafının normada getməsinə mane olmaqla yanaşı ziyanvericilərin aktivləşməsinə səbəb olur.

İ.Cümşüdov qeyd edib ki, mərkəz son dövrlər maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliği olunmasına çalışılır, quraqlıqla əlaqədar resurquruyucu aqrotexniki tələblərin təmin olunmasını aşılımağa çalışılır. Bu maarifləndirmə tədbirləri mırkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR