İranda zəlzələ baş verdi

İranın şimalında zəlzələ olub.

Metbuat.az xəbər verir ki, Gilan vilayətinin Şəft rayonunda 4,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 14:23-də qeydə alınıb.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.

Bundan başqa, Gilan vilayətində güclü qar yağıb. Qar uçqunu nəticəsində bir çox kəndlərdə yollar bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb. Güclü qar 8 nəfərin həyatına son qoyub, 147 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR