"İnanmıram ki, Ronaldu ilə işləmək şansım olsun"

"İnanmıram ki, Ronaldu ilə işləmək şansım olsun"
13:52 17 Yanvar 2015
143 İdman
Ölkə mətbuatı
A- A+

Qatarda təlim-məşq toplanışı keçən "Zenit"in baş məşqçisi Andre Villaş-Boaş klubun saytına müsahibə verib. Milli.Az goal.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Qarayın olmaması PSV ilə Avropa Liqası matçına hazırlıq çərçivəsində problem yaradacaqmı?

- Qarayın bərpa olunması üçün kifayət qədər vaxtı var. Argentinalı futbolçunun sağalmasını gözləyəcəyik. Tibbi personala tam güvənirəm. "PSV Eindhoven"lə matç hələ fevralın 19-da keçiriləcək.

- Yunanıstan mətbuatı iddia edir ki, "Olimpiakos"un baş məşqçisi (red. Miçel) müdafiəçi Netunun transferi ilə bağlı şəxsən sizinlə əlaqə saxlayıb..

- Miçel mənim dostumdur. Onunla danışmışıq. Amma söhbətin mövzusu Netu olmayıb.

- Hazırlıq çəçivəsində komandaya qoşulan Şeydayev sizdə hansı təəssüratları oyatdı? Onun əsas komandaya düşmək şansları nə qədərdir?

- "Zenit" üçün ən əsası çempionatda qalibiyyətdir. Belə cavan oyunçunun əsas komanda ilə çalışması mühümdür. O, praktika toplayır. Amma futbolçunun bizimlə məşq etməsi onun birdən-birə əsas komandaya düşməsi kimi başa düşülməməlidir. İnkişaf mərhələli getməlidir. Ümid edirəm ki, "Zenit" üçün vacib oyunçulardan biri olacaq.

- Mövsümlərarası fasilədə hansı mövqeləri gücləndirmək istəyirsiz?

- Transfer məsələsi barədə artıq danışmışam. Çox işimiz qalmayıb. Çempion olmaq üçün hazırki heyət kifayət edir. Hər hansı futbolçunu transfer olunma ehtimalı çox azdır.

- "Zenit"in baş məşqçisi olmağınıza rəğmən, adınız zaman-zaman Premyer Liqa klubları ilə hallanır. Belə şəraitdə motivasiyanı qoruyub "Zenit"dəki işinizə necə köklənə bilirsiniz?

- "Zenit"də işləmək xoşuma gəlir. Burada çalışmaq mənim üçün əla imkandır. Bu mövsüm Rusiya çempionu olmaq üçün klubda hər şey var. Bilirsiz ki, İngiltərəyə qayıtmaq istəmirəm. Ümid edirəm ki, Peterburqda qalıb işimə davam edəcəm.

- Avropa Liqasında "Zenit"i gözləyən oyun barədə nə deyə bilərsiz?

- Məsələ ondadır ki, PSV ilə qarşılaşma qış fasiləsindən sonra ilk oyun olacaq. Biz Hollandiyaya məşq toplanışından sonra yollanacağıq. Buna görə intensiv hazırlaşmaq lazımdır. Hazırlıq çərçivəsində güclü klublardan biri ilə üz-üzə gələcəyik. Bu, futbolçuların formasını bərpa etməsinə imkan verəcək.

- Kriştianu Ronaldunu dəfələrlə tərfiləmisiz. Bir zaman onunla işləmək istərdinizmi?

- Mənə belə şansın qismət olacağını bilmirəm. Amma məşqçilər ən yaxşı futbolçularla çalışmaq istərlər. İnanmıram bu mənə nəsib olsun. Amma Ronaldu futbol tarixinin ən yaxşı oyunçularından biridir. O, əhəmiyyətini artıra da bilər.

- Bu, Qatara birinci səfəriniz deyil. Ölkə və burada keçiriləcək mundial haqqında fikirləriniz nədir?

- Mən həmişə dünya çempionatının Qatarda keçirilməsini dəstəkləmişəm. Ümid edirəm ki, turnir uğurla təşkil olunacaq. Burada hər şey əladır. Bizim məşq etdiyimiz idman mərkəzi bu ölkənin nəyə qadir olduğunun bariz nümunəsidir. Təşkilatçılıq planları ilə tanış olmuşam. 2022-ci ildən danışsaq da, turnirin yaxşı keçəcəyinə ümid edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR