XİN-dən İrandan qayıda bilməyən azərbaycanlılarla bağlı AÇIQLAMA

XİN-dən İrandan qayıda bilməyən azərbaycanlılarla bağlı AÇIQLAMA
19:05 12 Fevral 2020
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlama verib. 

Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın İrandakı səfirliyinə hər hansı müraciət daxil olmayıb. 

Qeyd edək ki, İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə İdarəsinin direktoru Cəmşid Məhdəvi 69 azərbaycanlının qar səbəbindən ölkəsinə qayıda bilmədiyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR