Qaraciyəri gəncləşdirən bitki

Qaraciyəri gəncləşdirən bitki
23:32 12 Fevral 2020
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaraciyər bədəninizdəki ən ağır və ən böyük orqanlardan biridir.BU orqan qarının yuxarı sağ hissəsində, qabırğaların altında yerləşir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qaraciyər orqanizmdəki qanın təxminən 13%-ni özündə daşıyır. Çirkli hava, siqaret, alkoqol kimi vərdişlərdən mənfi təsir görəndə isə və qaraciyər piylənməsi kimi müxtəlif problemlər ortaya çıxır.

Bıs qaraciyəri gəncləşdirmək üçün hansı qidaları yemək lazımdır?

Qaraciyərini bitki mənşəli və təbii yollarla təmizləyə və yağlardan xilas edərək ilk gün kimi cavan edə bilərsiniz. Bu üsullar içərisində qaraciyəri ən çox təmizləyən və onu daha tez cavanlaşdıran ən vacib bitki Hindistan tamarindası bitkisidir.

Bu bitki sinir sistemini də qoruyur və öd kisəsi problemlərini həll etməyə kömək edir. Yağlı və zəhərli qaraciyərinizi tamarind bitkisi ilə qısa müddətdə bərpa edə bilərsiniz.

Tamarinda çayının hazırlanması:

Tamarinda çayını hazırlamaq üçün 1 litr su qaynatmaq lazımdır. Su qaynayanda 20 q tamarinda meyvəsi əlavə edin. Yaxşı qaynadıqdan sonra soyudun. Çay soyuduqdan sonra, səhər -axşam gündə iki dəfə ac yaxud da tox qarına için. İstəsəniz içərisinə bal əlavə edərək də içə bilərsiniz. Lakin uzmanlar qətiyyən şəkər əlavə edərək içməyi məsləhət görmür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/825317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR