Gəncənin mərkəzində qəza: yaralılar var

Gəncənin mərkəzində qəza: yaralılar var
13:54 17 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 26 yaşlı Ayxan Məsimovun idarə etdiyi “Touareg” markalı avtomobillə şəhər sakini, 32 yaşlı Bəxtiyar Orucovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2107”də olan sərnişinlər Tural Oruclu və Nemət İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR